Dişləri tez-tez fırçalamaq lazımdır?

SOSİAL 03 iyun 2025, 20:02
Mütəxəssislər müntəzəm fırçalamanın sağlam dişlər üçün vacib olduğunu desə də, həddindən artıq fırçalama zərərlidir. 

Demokrat.az
xəbər verir ki, dişlərinizi gündə ən azı iki dəfə iki dəqiqə fırçalamaq idealdır. 

Bu barədə türk diş həkimləri xəbərdarlıq edir. Mütəxəssislər bildirir ki,  yeməkdən dərhal sonra fırçalamaqdan çəkinmək lazımdır, çünki turşu mühit diş minasına zərər verə bilər.

Bundan əlavə, istifadə edilən diş fırçası fırçalamaq qədər vacibdir. Mütəxəssislər daha effektiv təmizləmə üçün yumşaq tüklü, təzyiq sensoru olan elektrik fırçaları tövsiyə edirlər. Həddindən artıq fırçalama diş ətinin resessiyasına və mina itkisinə səbəb ola bilər. Düzgün vaxtda və düzgün təzyiqlə fırçalamaq diş xəstəliklərinin qarşısını almağın ən təsirli yoludur.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top