Hazırda Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün minimal yaş həddi 18 olaraq müəyyən edilib.
Bəs maksimal yaş həddi varmı? Yaş artdıqca sürücülük vəsiqəsi alma prosesi necə tənzimlənir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov maraqlı məqamlara aydınlıq gətirib.
O qeyd edib ki, şəxsin sağlamlıq vəziyyəti nəqliyyat vasitəsini idarə etməyə imkan verirsə, sürücülük vəsiqəsi ala bilər:
"Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün yuxarı yaş həddi yoxdur. Məsələn, 18 yaşında sürücülük vəsiqəsi alan şəxs 10 ildən bir onu yeniləməlidir. Bu qayda 60 yaşa qədər belə davam edir. Sadəcə müəyyən yaş həddi var ki, həmin yaş həddindən sonra sürücülük vəsiqəsi daha tez dəyişməlidir. Nəticə etibarilə, qanunvericilikdə sürücülük vəsiqəsi almaq üçün maksimal yaş həddi müəyyən olunmayıb. Əsas şərt şəxsin sağlamlıq durumunun buna imkan verməsidir”.
Ekspert vurğulayıb ki, 70 yaşdan sonra sürücülük vəsiqəsi cəmi 2 illik verilir:
“60 yaşından sonra da sürücülük vəsiqəsi 10 il müddətinə verilə bilər. "Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT"-da bu barədə deyilir:
3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir: 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət; 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il. Lakin şəxs 70 yaşına çatdıqda, bu zaman sürücülük vəsiqəsi artıq 2 illik müddətə təqdim olunur.
Hər 2 ildən bir həmin şəxs sürücülük vəsiqəsini yeniləməli, həmçinin tibbi müayinədən keçərək müvafiq arayış təqdim etməlidir. Burada əsas məqsəd şəxsin sağlamlıq vəziyyətinin nəqliyyat vasitəsini idarə etməyə imkan verib-vermədiyini müəyyənləşdirməkdir”.