Azərbaycanda bu telekanalın yayımı dayandırılır

SOSİAL 02 iyun 2025, 08:48
Azərbaycanda "Match TV" kanalının yayımı dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV" kanalının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalın yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top