General Məhərrəm Həsənov sərəncama götürüldü — Yeni təyinat

GÜNDƏM 31 may 2025, 20:29

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyun 2025, 08:50
Top