Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağının ana bətnində dünyasını dəyişməsinin təfərrüatı məlum olub.
Demokrat.az "Xəzər Xəbər"ə istinadla bildirir ki, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Qorxmaz qızı Bayramova bir neçə gün əvvəl ağrılarla bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. Yaxınlarının bildirdiyinə görə, ilkin baxışdan sonra həkimlər ciddi təhlükə olmadığını bildiriblər və qadın evə göndərilib.
Bu gün səhər saatlarında qadının halı qəfil pisləşib və o, təcili olaraq yenidən xəstəxanaya aparılıb. Məlum olub ki, qadın hamiləliyinin 36-cı həftəsindədir və "ciftin vaxtından əvvəl ayrılması" diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib. Qadın dərhal əməliyyata götürülüb.
Hadisə ilə bağlı danışan ailə üzvləri xəstəxanaya ilk müraciət zamanı növbətçi həkimin olmadığını iddia edirlər. Onların sözlərinə görə, qadın axşam saatlarında xəstəxanaya gətirilsə də, doğuş öncəsi normal hal kimi qiymətləndirilib və evə buraxılıb:
"Axşam gətirmişdik, dedilər ki, heç bir şey yoxdur, bu doğuş qabağı ağrılardır. Amma səhər özü zəng etdi ki, əmi, vəziyyətim pisdir, tez gəl. Mən də oğluma zəng etdim, gətirib çatdırdılar. Sonra əməliyyata götürdülər".
Qadının ailəsi bildirir ki, bu, onun beşinci hamiləliyi olub və əvvəlki doğuşlarda heç bir problem yaşanmayıb:
"Dörd uşaq normal doğulub, hamısı sağlamdır. Bəs niyə indi əməliyyatla olmalı idi? Bu sualın cavabını istəyirik".
Ətraflı süjetdə: