
Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.
V.Cahangiri qeyd edib ki, iyunun 4-ə kimi müstəqil Kəbə ziyarəti olacaq.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. QMİ bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.