İmtahan tədrisin yekununda olmalıdır, məntiqsizdir... — Deputat

GÜNDƏM 31 may 2025, 18:05
“Açığı, təhsillə bağlı alınan qərarların izahını verməkdə mən çətinlik çəkirəm. Niyə, hansı məqsədlə bunları edirlər, söyləmək çətindir. Xoşagələn bir vəziyyət deyil, daha aydın, şəffaf yanaşma olmalıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, şagirdin tədris müddətində imtahan verməsi də məntiqsizdir:

“Məsələn, tədris ilinin müddəti 15 iyuna qədər uzadılır, amma faktiki olaraq dərslərin o tarixə qədər keçirilməsi mümkün olmur. Burada həm müəllimə əziyyət olur, həm də şagirdlər qeyri-müəyyən vəziyyətdə qalmış olurlar. Bunun hansısa yolunu tapıb, daha optimal qərarlarla hərəkət etmək lazımdır. Əks halda bu sahədə qarmaqarışıqlıq və geriləmə daha çox özünü hiss etdirəcək. 

Məktəbdə dərsliklər yığılandan sonra, yaxud şagird imtahan verdikdən sonra məktəbdən tamamilə aralanır. Məktəb artıq imtahan verilən bir yerə çevrilib, məktəb öyrənmə yeri olmalı idi. İmtahan tədrisin yekununda olmalıdır. Bu, məntiqsiz yanaşmadır. Baş açmaq çətindir, şəxsən mən niyə bu qərarların verildiyini izah etməkdə çətinlik çəkirəm”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top