Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.
Demokrat.az "Report"a istinadla xəbər verir ki, bu gün saat 20:30-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
"Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
Qeyd edək ki, bu gün mina partlayışında xəsarət alan Telman Hüseynovun atası da mina qurbanı olub. Bu barədə APA-ya kənd sakinləri məlumat veriblər.
Telman Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub.