
Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliyanın Milli günü münasibətilə Ankarada keçirilən tədbirdə deyib.
“Regional və qlobal gərginliyin artdığı kritik bir dövrdə biz Türkiyə olaraq Qara dənizdən Afrikaya, Yaxın Şərqdən Cənubi Qafqaza qədər sülh və sabitliyin hökm sürməsi üçün ciddi səylər göstəririk. Üzləşdiyimiz böhranlar və çağırışlar regional güclərin əməkdaşlığını həmişəkindən daha vacib edib”, - o bildirib.