İranın Həmədan əyalətinin Tuyserkan şəhərində silahlı atışma baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Qeyd olunur ki, hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.
Tuyserkan şəhər prokuroru Mustafa Rəbbani bildirib ki, ruhi xəstəliyi olan 33 yaşlı şəxs öz evinin damından yoldan keçən insanlara atəş açıb. Həmin şəxs polisin açdığı atəş nəticəsində yaralanaraq həbs edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təqsirkar hadisədən öncə narkotik maddələrdən istifadə edib.