Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsələrini “zibil olan şkaflara” bənzədən bəyanatı dövlət və kilsə arasında qarşılıqlı hörmətin əsaslarını sarsıdır.
Demokrat.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin (EAK) Sünik Yeparxiyasının rəhbəri, yepiskop Makar Akopyan məlumat verib .
O bildirib ki, dövlət başçısı kilsə haqqında belə sözlərlə danışanda dolayısı ilə dövlətlə kilsə arasında qarşılıqlı hörmətin əsasını pozur və cəmiyyətin mənəvi tarazlığını təhlükə altına alır.
Yepiskopun sözlərinə görə, baş nazirin bu sözlərindən ruhanilər narahat olub, çünki bu, yersiz və son dərəcə uğursuz bir müqayisə idi.
Akopyan vurğulayıb ki, siyasətçi bu cür bəyanatlarla uzun müddət erməni xalqının mənəvi işığı, milli dözümlülük mənbəyi olan strukturu təhqir edir.
Əfsanə Kamal
Demokrat.az