
Türkiyənin Sivas şəhərində kömür mədənində partlayış olub, ölən və yaralananlar var.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Zara rayonunun Kardere kəndindəki açıq kömür mədənində baş verib.
Partlayışda 1 nəfər ölüb, 2-si yaralanıb. Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Məlumata görə, partlayışda həlak olan və yaralananlar əcnəbilərdir. Sivas valiliyinin açıqlamasında mədənin qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilib:
“İlkin məlumata görə, rəsmi fəaliyyət göstərməyən kömür mədəninin açıq şaxtasında səbəbi hələlik məlum olmayan partlayış baş verib və partlayış nəticəsində bir xarici ölkə vətəndaşı ölüb, iki xarici ölkə vətəndaşı yaralanıb. Yaralılar müalicə olunmaq üçün Sivas şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Yanğın nəzarətə götürülüb və tam söndürülüb”.