Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşünə dair paylaşım edib

SİYASƏT 28 may 2025, 22:57
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dara təşəkkürünü bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən, həqiqətən də, məmnunluq oldum.

Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May — Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm.
Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!”, – o qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top