Nadir əsəbiləşib efiri tərk etdi

ŞOU-BİZNES 28 may 2025, 22:13

Müğənni Nadir Qafarzadə bu gün qonaq olduğu "Xəzər axşamı" verilişini əsəbiləşərək tərk edib.

Axşam.az xəbər verir ki, sənətçi reklam fasiləsi zamanı proqramdan ayrılıb. Aparıcı Mətanət Əliverdiyeva isə bunun səbəbini belə izah edib:

"Nadir bir az əsəbi idi. Ümumiyyətlə özündən tez çıxır və tez də sakitləşir. Həyatda mənim kimi əsəbi insan yoxdur, sən məndən də betər imişsən. Nadirə bir zəng gəldi və əsəbiləşdi. Ona görə dedik ki, çıx. Həyata bir dəfə gəlirik, vallah, kiməsə və ya nəyəsə görə əsəbiləşməyə dəyməz".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top