Bakıda evə sərxoş gələn kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 29 may 2025, 20:40
Bakının Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini Məmməd həyat yoldaşı Kəmalə ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı onu qəsdən yumruq və şillə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəmalə ilə 2020-ci ildə ailə həyatı qurublar və birgə  evlilikdən 2övladları var: “Validenlərim ilə birlikdə yaşayırıq. Son zamanlar hiss etmişəm ki, Kəmalə mənim valideynlərim ilə yola getmir, onlara cavab qaytarır. Hadisə günü dostlarım ilə birlikdə kafedə pivə içdikdən sonra, həəmin gün saat21radələrində evə gəldim. Yenə də evdə söz-söhbət olduğunu gördüm. Kəmalənin yanına gedərək niyə evdə söz-söhbət yaratdığını soruşdum və psixoloji vəziyyətinin dəyişdiyinə görə atasının evinə getməsini  ona təklif etdim. Kəmalə isə valideynlərimi söyüb təhqir etdi. Buna görə əsəbləşdiyim üçün yumruq, sillə ilə onun  üz, boyun, sol qol və müxtəlif bədən nahiyələrinə vuraraq onu döydüm. Hadisə zamanı evdə azyaşlı övladlarım, valideynlərim – atam, anam və qardaşım olub”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməli etiraf edib, peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirib. 

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top