Bakıda böyük söküntü işləri başladı — Park SALINACAQ

GÜNDƏM 29 may 2025, 23:39
Keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır.

Demokrat.az "Trend"ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 iyun 2025, 18:19
Top