Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ-ın çinli tələbələrin vizalarını ləğv etmə qərarına ABŞ ilə əlaqələrə dair mövqeyimiz bəllidir deyə reaksiya verib.
Demokrat.az xəbər verir ki, ABŞ-ın çinli tələbələrin vizalarını ləğv etmə qərarını tənqid edən Mao Ninq bu qərarın ideologiya və milli təhlükəsizlik bəhanəsi ilə alındığını bildirib.
Sözçü bu addımın çinli tələbələrin qanuni hüquq və mənafelərinə ciddi zərbə vuracağını və iki ölkə arasında normal mədəni təmaslara mənfi təsir göstərəcəyini qeyd edib.
Sözçü Çinin ABŞ ilə münasibətlərdə mövqeyinin aydın olduğunu vurğulayaraq, Vaşinqtonun Çinlə eyni istiqamətdə hərəkət edəcəyinə və ikitərəfli münasibətlərin sağlam, sabit və davamlı inkişafına töhfə verəcək daha konstruktiv addımlar atacağına ümid etdiyini bildirib.
Əfsanə Kamal
Demokrat.az