"Uşaqların, gənclərin türk dilinə meyl etməsi təhlükəli bir proses deyil. Bu, bizim öz kökümüzə qayıdışımızdır".
Bunu Demokrat.az-a açıqlamasında dilçi-alim Elşad Abışov deyib.
O bildirib ki, türk xalqlarının tarixində dəfələrlə diferensiasiya və inteqrasiya baş verib:
"Bu gün də təxminən sosial şəbəkələrin, radio və televiziya kanallarının təsiri ilə Azərbaycan dilinin Türk dilinə yaxınlaşması meyilləri var. Bunun arxasında Türkiyənin ideologiyası dayanır, bu, sosial şəbəkələr və televiziya kanalları vasitəsi ilə planlı olaraq həyata keçirilir.
Türk dilindən dilimizə keçən sözlər alınma sözlər deyilsə, başqa dillərdən gəlməyibsə, prinsip etibarilə burada qorxulu bir şey yoxdur. Amma bununla belə, radio və televiziya kanallarımız çalışmalıdır ki, öz işini elə qurmalıdır ki, gənclərimiz Türk dilindən daha çox Azərbaycan türkcəsində verilişlərə baxsınlar və dilimizi mənimsəsinlər".
Cavidan Mirzəzadə
Demokrat.az