"Əhalinin sağlamlığının qorunması haqqında qanuna uyğun olaraq, bir sıra bölgəmizdə səhiyyə hüquqi şəxslərinin sertifikatlaşdırılması aparılır. Həmin maddəyə əsasən, bu tədbirin məqsədi əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməkdir. Bu sahədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin, yəni işçilərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının yoxlanılması nəzərdə tutulur".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
Deputat bildirib ki, qanunda qarşıya qoyulan əsas məqsəd əhaliyə keyfiyyətli səviyyədə tibbi xidmətlərin göstərilməsinin təmin edilməsidir:
"Bu məqsədə nail olunması üçün tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının imtahan vasitəsilə qiymətləndirilməsi vacibdir. Bununla yanaşı, dünyanın bir çox ölkələrinin təcrübəsindən də istifadə olunur.
Yəni, Dünya Tibb Təhsili Federasiyası tərəfindən müəyyən edilən standartlara uyğun olaraq, tövsiyə edilən davamlı peşəkar inkişaf təcrübəsinin tətbiqi zəruridir.
‘Əhalinin sağlamlığının qorunması haqqında’ Qanunun müvafiq maddəsinə əsasən, bu qanunla, ali və orta ixtisas təhsilli tibb mütəxəssislərinin beş ildə ən azı bir dəfə ixtisasartırma məqsədilə tədris prosesindən keçməsi tələb olunur. Lakin bu yanaşma tibb işçilərinin real bacarıqlarını qiymətləndirmək üçün yetərli deyil".
Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklərə əsasən, artıq tibb mütəxəssisləri 5 ildə bir dəfə öz arzuları ilə imtahan verərək sertifikat əldə edə biləcəklər:
"Bu prosesə onların elmi, pedaqoji və digər tədris fəaliyyətləri də daxil ediləcək, yəni davamlı peşəkar inkişaf anlayışı daha geniş şəkildə tətbiq olunacaq. Bununla belə, hər beş il ərzində minimum kredit toplayan şəxslər praktiki tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün imtahan verməli olacaqlar".
Əfsanə Kamal
Demokrat.az