Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək

DAXİLİ SİYASƏT 13 avqust 2025, 14:18
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək.

Demokrat.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Nazirlər Kabinetinə 4 ay ərzində Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını və xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu müddət ərzində Nazirlər Kabineti xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini də müəyyənləşdirməlidir. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top