Siyəzəndə həkim çatışmazlığı uşağın ölümünə səbəb oldu: Bölgələrdə tibbi personal niyə çatışmır?

SOSİAL 13 avqust 2025, 15:55
"Regionlarda tibbi personalda çatışmazlıq var. Bir sıra ucqar rayonlarımızda, kəndlərimizdə müəllim çatışmazlığı ilə bağlı məsələ də Ombudsman hesabatında öz əksini tapıb. Biz də dəfələrlə bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik. 65 yaşı tamam olmuş müəllimlər və həkimlər imperativ qaydada təqaüdə göndərilirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

Deputat bildirir ki, ucqar kəndlərdə təqaüd yaşına çatmış tibb personalının və təhsil işçilərinin müddətinin uzadılması və ya  hansısa güzəştli proseslərə gedilməsi vacib məsələdir:

"Ölkədə tibbi və təhsil işçiləri içərisində çatışmazlıq olduğu fikrində deyiləm. Görünür ki, sadəcə bölgələrdə müəyyən yeniliklərə gedilməlidir.

Əvvəllər tibb fakültəsini bitirən həkimlər,  orta tibb işçiləri müəyyən bir bölgəyə təyinatla göndərilirdilər. İndi bu bölgü yoxdur. Daha çox özləri iş tapmaq zərurəti ilə üz-üzə qalırlar. Ona görə də müəyyən qədər bu cür problemlər yaşanır. Hansısa regionda tibb personalı içərisində çatışmazlıq varsa, bu olduqca ciddi məsələdir. Çünki həyati təhlükəsi olan insanlara ilkin tibbi yardımın göstərilməsində problem yaranır." 

O bildirib ki, eləcə də təhsil sahəsində çatışmazlıq varsa, bu da həmin bölgədə yaşayan insanlarımızın, uşaqlarımızın təhsildən müəyyən qədər kənarda qalması deməkdir:

"Bu məsələlər tənzimlənsə də, belə hallar da mövcuddur. Bu halların aradan qaldırılması üçün müvafiq qurumlar ciddi olaraq təxirəsalınmaz tədbirlər görməlidirlər".

Qeyd edək ki, Siyəzəndə xəstəxanaya çatdırılan 1 aylıq körpə uşaq həkimi olmaması səbəbindən geri qaytarılıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 22:49
13 avqust 2025, 22:36
13 avqust 2025, 21:31
Top