27 Sentyabr - Anım Günündə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən 6 yaşlı Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Görüşdən sonra balaca Nilay sevincini və təəsüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.
“Anım Günü olduğuna görə babamla yeni tikilən muzeyə baxmaq üçün getdik. Prezident İlham Əliyevi görəndə ona tərəf getdim. Mənimlə görüşdükdən sonra əlimi tutaraq muzeyin içərisini gəzdirdi. Muzeyin içi çox xoşuma gəldi”, - deyə balaca qızcığaz həyəcanla danışıb.
Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib. Onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır. Onun atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Prezident İlham Əliyevlə görüşməyi çox istədiyini bildirən Nilay bu arzusunun yerinə yetməsinin onu sevindirdiyini deyib: “İlham babanı həmişə televiziya vasitəsilə görürdüm. Ancaq canlı görməyi çox istəyirdim. Məndən yaşadığmız yeri, neçə yaşımın olduğunu, neçənci sinifdə oxuduğumu və məktəbi soruşdu, hamsını cavablandırdım. İlk dəfə İlham babanın əlindən tutanda çox həyəcanlandım. O, çox ucaboydur, yanında özümü çox rahat hiss etdim və onu çox sevdim. İstəyirəm ki, yenə İlham babanı görüm”.
Dövlət başçısının balaca Nilayla görüşü onun nənə və babasını da çox sevindirib. Nənəsi Sevil Babazadə deyir ki, indi onun ən böyük arzusu Nilayın yaxşı təhsil almasıdır.
“Təsadüfən baş tutan görüş bizim üçün çox gözlənilməz oldu. Nilayın Prezident İlham Əliyevlə görüşünü mən ən birinci sosial şəbəkələrdə gördüm. Cənab Prezident şəxsən özü görüb və Nilayı yanına çağırıb. Nilay o görüşdən ağız dolusu danışır, sevincinin həddi-hüdudu yoxdur. Bundan sonra ən böyük arzum Nilayın yaxşı təhsil almasıdır”, – deyə Sevil Babazadə söyləyib.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32-si azyaşlı olmaqla, 175 nəfər yaralanıb.