ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

DÜNYA 28 sentyabr 2025, 23:15
"Rusiya Ukrayna ilə ikitərəfli danışıqlardan, hətta ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi üçtərəfli danışıqlardan da imtina edib. Lakin Rusiya ayılmalı və reallığı etiraf etməlidir".

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində deyib.

O hesab edir ki, yerdə vəziyyət dəyişib. Konkret olaraq rusiyalılar çoxlu insanı öldürürlər, amma özləri də böyük itki verirlər.

Vens Tramp administrasiyasının sülhə sadiq qaldığını ifadə edərək, bunun üçün hər iki tərəfin addım atmasının vacib olduğunu əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 00:26
28 sentyabr 2025, 23:58
28 sentyabr 2025, 20:19
Top