“Obamanın Sülh mükafatı alması anlaşılan deyildi, Tramp isə...” — AÇIQLAMA

GÜNDƏM 13 avqust 2025, 16:12
“Nobel Sülh mükafatı həmişə dünyada sülhü təmin edən şəxslərə verilməyib, bəzən bu mükafat siyasi xarakter daşıyır. Məsələn, vaxtilə Barak Obamanın bu mükafata layiq görülməsi anlaşılan deyil. Çünki onun hansısa qlobal və regional müharibəni bitirməsi faktları yoxdur. Əksinə, Obama 2011-ci ildə Suriyada vətəndaş müharibəsinə bilavasitə hərbi müdaxilə imkanını mümkün edən və bu kontekstdə Vladimir Putinə razılıq vermişdi, nəticədə 14 il bu vətəndaş müharibəsi davam etdi. Paralel olaraq, İŞİD terror qruplaşmasının dünyanın başına bəla olması da onun dövründə idi, lakin Sülh mükafatı aldı”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. 

O bildirib ki, Barak Obamadan fərqli olaraq Donald Trampın bu istiqamətdə konkret fəaliyyəti mövcuddur:



“O, iki nüvə silahına sahib ölkə - Hindistan və Pakistan arasında müharibənin aktiv fazasını dayandıra bildi. 

Digər tərəfdən, Kamboca və Tayland arasında da toqquşmanı dayandıra bildi. Nəhayət, Ermənistan və Azərbaycan arasında "Qordi düyünə" çevrilmiş məsələdə konkret həll planı ortaya qoymaqla yekun sülh müqaviləsinə yaxınlaşmaq imkanı yaratdı.

Perspektivdə daha təhlükəli müharibələr - Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibələri var ki, bunların da həllinə ehtiyac var. Bu münaqişələr həll olunarsa, Trampın Sülh mükafatını almaq haqqı yaranacaq”.

Qeyd edək ki, "Ağ Ev" ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyənlərin siyahısını açıqlayıb. Siyahıda Prezident İlham Əliyevin də adı mövcuddur.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 22:49
13 avqust 2025, 22:36
13 avqust 2025, 21:31
Top