Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq

DAXİLİ SİYASƏT 13 avqust 2025, 13:46
Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq.

Demokrat.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Xüsusi icra məmuru şəhadətnaməsi də Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Eyni zamanda qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək səlahiyyəti də nazirliyə həvalə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top