Bakının Binəqədi rayonunda 43 yaşlı kişi ailə münaqişəsi zamanı oğluna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. Qobustan rayon sakini, 1982-ci il təvəllüdlü Rahib Babayev fərdi yaşayış evinin qonaq otağında oğlu Ramilin (ad-soyad şərtidir – red.) evə gec gəlməsini irad tutub.
Bu səbəbdən ata və oğul arasında ailə münasibətlərinin pozulması nəticəsində mübahisə başlayıb. Mübahisə zamanı o, qəsdən sol əli ilə bir dəfə oğlunun sağ gözaltı nahiyyəsinə yumruq zərbə vurub.
Hadisəni törədən R. Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə günü saat təxminən 23:00-da oğlu evə gələndə onu yanına, yəni evin qonaq otağına çağırıb:
“Oğlumu danladım ki, nə üçün evə gec saatlarda gəlib. Həmin vaxt oğlum məni dinləmədən yataq otağına keçmək istəyəndə onun qolundan tutaraq saxladım və iradımı bildirən zaman mənə cavab qaytardığı üçün aramızda ailə münasibətlərinin pozulması nəticəsində mübahisə baş verdi. Əsəbləşərək sol əlim ilə bir dəfə oğlumun sağ gözaltı nahiyyəsinə yumruq zərbəsi ilə vurdum”.
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən oğul atasına qarşı olan şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az