Nəqliyyat ekspertləri həyəcan təbili çalır — ALDANMAYIN!

SOSİAL 13 avqust 2025, 22:23

Son aylar ölkəmizə Çin Xalq Respublikasından kütləvi avtomobillər gəlməkdədir. Çin Xalq Respublikasından ölkəmizə idxal olunan avtomobillərin əksəriyyətinin BYD “Destroyer A05” və “Changan A05” modelləri olduğu və daha çox ağ rəngdə ölkəmizə idxal olunduğu və alıcıların əksəriyyətinin taksi fəaliyyəti üçün bu avtomobilləri aldığı görünməkdədir. 

Bəzi fürsətcil “alverçilərin” və Çin Xalq Respublikasından avtomobil idxal edən sahibkarların qiymətləri süni formada qaldırması (bahalaşdırması) gələn informasiyalar sırasındadır. 

Bəs avtomobil bazarında nə baş verir? 

Avtomobil satışı üzrə ekspertlər nə deyir? 

Demokrat.az-ın sorğusuna cavab verən maliyyə və avtomobil ekspertləri həyəcan təbili çalır… 

Maliyyə eksperti Elcan Həsənov bildirir ki, qiymətlər süni formada yüksəldilir: 



“Ölkəmizə Çin Xalq Respublikasından idxal olunan BYD “Destroyer A05” avtomobillərinin ölkəmizə daxil olma dəyərinin Çindən Bakıya yol xərci ilə birlikdə 10 100 dollara (17 170 AZN-nə) daxil olduğu halda Bakı bazarında 22 min manata satılması heç şübhəsiz ki, absurtdur. Bu bazardan anlayışı olmayan sahibkarların, maliyə bazarından anlayışı olmayan şəxslərin aldadılmasından başqa bir şey deyildir. İrəliyən 55-60 gündə Çin Xalq Respublikasında yeni il öncəsi endirim kampaniyalarının başlayacağını nəzərə alsaq bu avtomobillərin qiymətinin daha 25% ucuzlaşması proqnozlaşdırılmasını nəzərə alsaq bu gün 22 min Azərbaycan manatına bu avtomobillərin satılması absurddur. 

Heç şübhəsiz ki, avtomobillər dəyərindən təxminən 2500-3000 manat baha satılmaqdadır. Adətən dünya təcrübəsinə nəzər salsaq, hər bir kommisioner (avtomobil idxalçısı - “alverçisi”) hər bir avtomobil üzərində maksimum 1 000 AZN mənfəəti olmalı olduğu halda bu gün bu Bakı bazarında 3500-4000 AZN təşkil edir.

Fikrimcə, bu gün Bakı avtomobil bazarı tamahkar insanlar tərəfindən zəbt olunub və sadə vətəndaşlarımız talanmaqdadır. Bu gün real və insaflı bazar tənzimləməsi olarsa, BYD “Destroyer A05” avtomobilinin bazar qiyməti 19 000, maksimum 19 500 manat təşkil etməlidir. Bu səbəbdən alıcılar ayıq-sayıq olmalı və süni qiymət artımına boyun əyməməlidir”.

Nəqliyyat üzrə ekspert Vasif Sadıqov isə saytımıza açıqlamasında bir qədər də irəli gedərək daha maraqlı faktlar açıqlayıb. 

Vasif Sadıqov bildirib ki, hazırda Azərbaycan avtomobil bazarında Çin Xalq Respublikasında istehsal olunan və ölkəmizə gətirilən avtomobil bazarı müxtəlif monopolis şəxslərin əlində cəmləşib və bazarda ciddilik qazanmaq üçün Çin Xalq Respublikasının bir çox vətəndaşları avtomobil salonlarına “beynəlxalq nümayəndə”lər olaraq daşınmaqda və yerli alıcılar daxilində “bura rəsmi salondur” imici yaratmağa çalışmaqdadırlar:



“Şübhəsiz ki, burada məqsəd yerli alıcılarda inam və güvən qazanmaqdır. Qeyd etməliyəm ki, bu gün Bakıda dələduzlardan BYD “Destroyer A05” avtomobili alan şəxslər ciddi zərərlə qarşılaşmağa məhkumdurlar. 

Şübhəsiz ki, bu avtomobillərin yaxın 3 ayda bazar dəyəri 15 min manatadək düşəcək. Alıcılar 4-5 ay bundan öncə bu avtomobili 26-27 minə aldıqlarını unutmamalıdırlar. 

4-5 ay bundan öncə 27 min manata alınan avtomobilin bugünki süni qiyməti 22 min təşkil edir. İrəliyən 3 ay ərzində daha perspektivli avtomobillərin ölkəmizə idxalı nəticəsində bu avtomobillərin dəyərinin 15 min manata enəcəyinə heç kimdə şübhə olmamalıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 22:49
13 avqust 2025, 22:36
13 avqust 2025, 21:31
Top