Diplomsuz işlədikləri iddia edilən şəxslərin hər ikisinin ali tibb təhsili almadığı məlum olub.
Demokrat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.Az-a verilən məlumata görə, tibb kadrlarının vahid dövlət reyestrində olan məlumata əsasən, orta tibb təhsilli Hafiz İsazadə diş texniki, Turab Məmmədli isə ortoped-stomatoloqdur.
"Azərbaycan Respublikasının "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununun 12-ci maddəsinə əsasən, həkimlik fəaliyyətini yalnız ali tibbi təhsili təsdiq edən diplomu və müvafiq dövlət qeydiyyatı (sertifikasiyası) olan şəxslər həyata keçirə bilərlər. Orta tibb təhsili alan şəxslərin həkim-stomatoloq kimi fəaliyyət göstərməsi qanunvericiliyə görə yolverilməzdir.
Azərbaycan Respublikasının "Dövlət nəzarəti haqqında" Qanununun 6-cı maddəsinə və "Səhiyyə sahəsində nəzarətin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olan rəsmi müraciətlər əsasında araşdırma aparır. Bu müraciətlər hüquqi əsaslarla qiymətləndirilir və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, mediada yayımlanan sözügedən fakt üzrə məsələ AEM-in işçi qrupu tərəfindən araşdırılacaq, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
- "Bir pəncərə" sektoru;
- Qaynar xətt: (012) 596-05-20;
- E-poçt: [email protected];
- Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi)", - AEM-dən bildirilib.
***
15:08
"L.A. Dent" klinikasında çalışan Turab Məmmədli adlı diş həkiminin tibb sahəsi üzrə heç bir təhsilinin olmadığı iddia edilir.
Baku TV adıçəkilən şəxsin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, o, fəaliyyətini açıq şəkildə icra edir.
Daha sonra klinikanın baş həkimi Kəmalə Əsgərova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Turab Məmmədli klinikada təcrübəçi kimi fəaliyyət göstərir:
"Onun otaqda pasiyent qəbul etməsi haqqında məlumatımız yox idi. Bu barədə müvafiq tədbir görüləcək".
Daha bir şikayətdə isə bildirilib ki, Qaragözova Tibb Mərkəzində Hafiz İsazadə adlı həkim çalışır. İddiaya görə, həmin həkimin də tibb təhsili yoxdur. H.İsazadə açıqlamasında iddiaları təkzib edərək diplomunun olduğunu qeyd edib. Klinikanın rəhbərliyindən stomatoloqun diplomu tələb olunduqda isə o, ancaq sorğu göndərildiyi təqdirdə diplomu təqdim edəcəyini bildirib.
Ətraflı süjetdə: