Çoxuşaqlı analar üçün ali təhsil pulsuz olacaq

DÜNYA 30 may 2025, 18:06
Rusiyanın Tula vilayətində çoxuşaqlı analar universitetlərdə pulsuz təhsil alacaqlar.

Demokrat.az xəbər verir ki, yeni dəstək tədbirini vilayət qubernatoru Dmitri Milyaev Telegram kanalında açıqlayıb.

Region rəhbəri bildirib ki, çoxuşaqlı ailələr real dəstəyi hiss etməlidirlər və sərəncam yaxın vaxtlarda imzalanacaq. 

Milyaev çoxuşaqlı ailələr üçün mövcud dəstək tədbirlərini də xatırladıb. Onlar arasında 25 yaşına qədər ikinci uşağın və ya 28 yaşına qədər üçüncü uşağın doğulmasına görə bir milyon ödəmə, ipotekanı ödəmək üçün ödəniş, mənzil kirayəsi üçün kompensasiya, yeni doğulmuş uşaqlar üçün malların kirayəsi imkanı var. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top