Milli Məclisin iclasında çıxış edən komitə sədri Fazil Mustafa Xəzər dənizinin suyunun sürətlə geri çəkilməsi barədə danışıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, dənizin geri çəkilməsinin bir müsbət faydası var ki, süni torpaq sahələri yaranır. Amma deputat Aral və Urmiya faciələrini də xatırladıb:
“Düşünməyək ki, bu faciə Xəzərdən yan keçəcək”.
Fazil Mustafa Xəzərin əsrlər boyu bu kimi sınaqlarla üz-üzə qaldığını deyib:
“Mütəxəssislərin araşdırmalarına görə, Xəzərin suyunun qalxması nəticəsində 1978-95-ci illərdə 50 min hektar torpaq sahələri suyun altında qalıb. Ondan sonrakı illərdə isə 38 min hektar torpaq sahəsi ortaya çıxıb. Bəzi yerlərdə dəniz 200-300 metr geri çəkilib”.
Deputat qeyd edib ki, əksər bölgələrdə quyuların suyu da çəkilib.
F.Mustafa mövcud vəziyyətin ciddiliyini nəzərə alıb, məsələni bölgə dövlətləri ilə müzakirə etməyi zəruri hesab edir.
Daha sonra komitə sədri bildirib ki, Xəzərin geri çəkilməsi ilə paralel şəkildə təhsilimizin geri çəkilməsi də diqqət çəkir.
Fazil Mustafa bu günlərdə lisey və gimnaziyalara qəbulla bağlı Elm və Təhsil Nazirliyinin qəbul etdiyi qərarı xatırladıb. Bildirib ki, yüzlərlə, minlərlə uşaq və valideyn hazırlıqlar gördükləri halda, məhdudiyyət qərarı açıqlanıb:
“Bu qərar 8 ay öncə qəbul olunsaydı, heç bir narahatlıq yaratmazdı. İmtahana qısa müddət qalmış verilən qərarla əlaqədar yaranan ictimai etirazlardan sonra nazirlik geri çəkildi və qərarı ləğv etdi. Biz bu məsələdə ciddiliyi artırmalıylıq. Bir çox sahələrdə bu kimi eksperimentlər müsbət nəticə vermir”.
F.Mustafa nazirliyin bir sıra hallarda mövcud problemlərin səbəblərini 20 il əvvəldə axtarmasını da doğru hesab etmir:
“20 il sonra, təhsil tam sıradan çıxandan sonra deyəcəklər ki, bu, 20 il əvvəlki səhvlərin nəticəsidir”.
Deputatın sözlərinə görə, belə səhvlər axtarmaq bizi irəli aparmayacaq.