Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Sosial şəbəkələrdə yayılan görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir. Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.
Bununla bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlama verib.
O deyib ki, məktəbəqədər təhsil dövrü uşaqların şəxsiyyət formalaşmasının təməl mərhələsidir və bu mərhələdə çalışan müəllimlərin psixoloji hazırlığı, peşəkarlığı, səbir və ünsiyyət bacarığı çox vacibdir:
“Uşaqların üzərində psixoloji və ya fiziki təzyiq yolverilməzdir. Bu cür hallara qarşı ciddi nəzarət və tədbirlər vacibdir. Özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, rəhbərlik belə hallara biganə yanaşmamalı, həm valideynlərin, həm də cəmiyyətin etimadını qorumaq üçün məsuliyyətli davranmalıdır. Həmçinin, müəllimlərin davamlı şəkildə təlim və psixoloji dəstək proqramlarına cəlb olunması vacibdir ki, onlar uşaqlarla peşəkar şəkildə işləyə bilsinlər. Məktəbəqədər təhsil sahəsi, dediyiniz kimi, strateji əhəmiyyət daşıyır və bu sahəyə münasibət də elə o dərəcədə ciddi olmalıdır”.
Ekspert diqqətə çatdırıb ki, bu kontekstdə müəssisə rəhbərliyi böyük məsuliyyət daşıyır:
“Həmin müəllimə ilə bağlı dərhal araşdırma aparılmalı, onun fəaliyyətinə qiymət verilməli və əgər lazımdırsa, hüquqi prosedurlar tətbiq edilməlidir. Nəticə etibarilə, məktəbəqədər təhsil sadəcə bir mərhələ deyil, gələcəyin vətəndaşının təməlinin qoyulduğu yerdir. Uşaqlar bizim gələcəyimizdir və onlara göstərilən hər münasibət, gələcək cəmiyyətin keyfiyyətini müəyyənləşdirir”.
Leyla Turan
Demokrat.az