Ekspert: "İmtahanların elektronlaşdırılması işi tez başa çatdırılmalıdır"

GÜNDƏM 30 may 2025, 16:49
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanları hər il minlərlə abituriyentin həyatında həlledici rol oynayır. Lakin bu imtahanlarla bağlı mübahisəli sualların yaranması, narazılıqların baş verməsi artıq adi hala çevrilib. Valideynlər və abituriyentlər bəzən sualların məzmunu, qiymətləndirmə meyarları və şəffaflıqla bağlı suallar qaldırırlar.

Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki,  təssüflər olsun ki, analoji hallar hər il təkrar olunur:

“Bu gün valideyin və  abituriyentlərin ali məktəbə qəbul prosesində ən çox narazı olduqları iki məqam var, bunlardan biri imtahan suallarının məzmunu və modeli ilə bağlı, digəri isə qiymətləndirmə ilə bağlıdır. 
Problemin həll edilməsinin yolu bütövlükdə təhsil strategiyasının dəyişməsi ilə mümkündür. Bu DİM və Elm və Təhsil Nazirliyinin birlikdə müzakirəsi ilə olmalıdır. Eləcə də ən vacib məqamlardan biri odur ki, təhsil qurumları cəmiyyətin, elm və təhsil nümayəndələrinin geniş əhatəsinin müzakirəsinə, tənqidlərinə açıq olmalıdır. 

DİM mövcud vəziyyətdən çıxmaq  üçün  ilk növbədə elmi-pedaqoji heyətində ciddi dəyşiklik etməli, sualların hazırlanmasını əsl peşəkar müəllim heyətinə həvalə etməlidir. Digər tərəfdən tez bir zamanda bütün imtahanların elektronlaşdırlması işi başa çatdırılmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top