"Azərbaycanın müstəqillik günündə Laçında keçirilən ikinci Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü tarixi və əhəmiyyətli bir hadisədir. Ötən il birinci Zirvə görüşü olub. Bu üç ölkə ortaq dəyərlər, tarixi münasibətlər, mədəniyyətlər baxımından bir-birinə çox bağlıdır. Hər üç ölkə ədalətli dünya prinsipini özü üçün məqbul hesab edir. 44 günlük Vətən savaşında Türkiyə və Pakistan hər zaman yanımzda oldu, bizim haqq işimizi dəstəklədi. Bu, həmrəylik müharibədən sonra da davam etməkdədir. Azərbaycan da hər zaman onların yanında olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O bildirib ki, dünyada öz yeri, regional təsir gücü olan bu üç dövlətin birliyinin regionda və beynəlxalq sferada sülhə və əməkdaşlığa ciddi töhfə verəcəyi şübhəsizdir:
"Hərbi-sənaye komplekslərinin inkişafına, iqtisadi güclərinə, siyasi təsir nüfuzlarına görə hər üç ölkə güclü və qüdrətli dövlətlər sərasındadır. Zirvə görüşü ilə dünyaya bu birliyin dayanıqlı olması və davam etməsi mesajı verildi. Təbii ki, yeni bir qlobal gücün əməkdaşlıq formatının dərinləşməsi dünyada da diqqətlə izlənilirdi".
Onun sözlərinə görə, görüşün Laçında keçirilməsinin də xüsusi mənası var:
"Laçın Azərbaycan üçün strateji əhəmiyyətinə görə ən vacib bölgələrdən biridir. Görüşün burada keçirilməsinin, xüsusən də müstəqillik günündə, bölgənin ststusunun və əhəmiyyətinin, Azərbaycanın suveren hüquqlarının bütün ərazilərdə bərpa edildiyinin bir daha dünyaya çatıdırlması idi. Bununla Azərbaycan suveren hüquqlarının bütün ərazilərdə bərpa olduğunu bir daha nümayiş etdirmiş oldu. Çünki Laçın ərazisi 30 illik işğal dövründə, hətta ondan əvvəl də separatçıların gizli və açıq istifadə etdikləri əsas logsitik mərkəzlərdən idi. Lakin Azərbaycanın qətiyyətli mövqeyi bu məsələni də birdəfəlik həll etdi və tam suverenliyimiz bərpa olundu. Azərbaycan dünyada sülhün və təhlükəsizliyinin əsas müdafiəçisi olan ölkələrdən biridir. Türkiyə və Pakistanın da bu məsələdə hər zaman ortaq maraqları olub. Bu görüşlə hər 3 dövlətin regional, eləcə də qlobal mənada təhlükəsizlik baxımından ortaq strateji əməkdaşlığı bir daha təsdiqləndi və bu mesaj Laçından dünyaya çatdırıldı.
Dünyada faktiki olaraq, mövcud təhlükəsizlik sistemi çökməkdədir. Bu anlamda yeni birliklərin, müttəfiqliklərin yaranması təbiidir. Bu görüş də məhz özündə onu ehtiva edən addımlardan biridir. Ona görə də Laçında baş tutan bu görüşü eyni zamanda yeni siyasi-iqtisadi-hərbi birliyin mesajı kimi də qəbul etmək olar. Türkiyə ilə Şuşa Bəyannaməsində təsbit olunmuş hərbi müttəfiqliyimiz mövcuddur. Pakistanın da iştirakı ilə müttəfiqliyimiz daha da böyümüş oldu.
Üç dövlətin iqtisadi potensialı trilyon dollardan, əhalisi 350 milyondan çoxdur. Bu əməkdaşlıq formatı eyni zamanda nəqliyyat-kommunikasiya, enerji, ticarət və digər sahələri də əhatə etməklə, güclü bir strategiyanın möhkəmlənməsi deməkdir.
Laçın Beynəlxalq Hava Limanının müstəqillik günündə açılışının da bu baxımdan xüsusi mənası var. Birincisi, Müstəqillik Günümüzə “Konstitusiya və Suverenlik İli”ndə bir hədiyyə oldu. İkincisi isə bu hava limanının gələcəyə hesablanmış sterteji əhəmiyyəti onun iqtisadi baxımdan bölgənin inkişafında oynayacağı böyük potensialdır".
Əfsanə Kamal
Demokrat.az