“Tədris ilinin iyunun 15-də bitməsi məsələsi uzun müddətdir müzakirə olunur. Hesab edirəm ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əslində bu qərar illər öncə qəbul edilsə də, effektivliyi sual altındadır. Demək olar ki, mayın 30-dan sonra artıq şagirdlər məktəbə gəlmir, məltəbdə dərs mühiti pozulur. Qalan 15 gündə ya şagirdlər dərsdə olmur, ya məktəbdə o ab-hava olmur”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu məsələni yenidən təhlil etməli, bu qərar barədə yenidən düşünməliyik:

“Hər bir qərarın ən önəmli tərəfi onun effektli olmasıdır Əgər effektiv deyilsə, biz qərarı yenidən ciddi təhlil etməliyik. Burada hələki effektivlik məsələsi görsənmir. Məktəblərdə müəllim və şagirdlər arasında soğru keçirsək görərik ki, bu qərar effektiv deyil və bundan ciddi bir narazılıq var. Ona görə düşünürəm bu məsələni diqqətdə saxlamalıyıq”.
Cavidan Mirzəzadə
Demokrat.az