Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb

DÜNYA 30 may 2025, 21:43

Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb.

Bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Nigeriya tez-tez mövsümi daşqınlarla üzləşir.

Keçən ilin sentyabrında oxşar hadisədə Nigeriyanın şimal-şərqindəki Maiduquri bölgəsində leysan yağışları şiddətli daşqınlara səbəb olub, milyonlarla insan evlərini tərk edib.(APA)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top