Lift niyə tez-tez xarab olur? — Qurumdan AÇIQLAMA

SOSİAL 30 may 2025, 14:34
Xətai rayon Xudu Məmmədov 19 ərazisində sakinlər lift problemindən əziyyət çəkir. Əlaqədar qurum liftin tezliklə yenisi ilə əvəz olunacağını bildirsə də, hələ ki bir xəbər yoxdur. Bu lift tez-tez xarab oilmaqla yanaşı həm də içərisi pis gündədir. 

Bəs bu problem nə vaxt öz həllini tapacaq? 

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yağış yağanda isə lift ümumiyyətlə işləmir:

"Liftin düymələri işləmir, hər dəfə elə bilirik ki nəsə qəza olacaq liftdə qalacağıq".

Sözügedən problemlə bağlı Bakı Lift İdarəsindən bildirildi ki, lift hazırda işlək vəziyyətdədir. Liftin tez-tez xarab olmasına səbəb isə mühərrik hissəsinə yağış sularının düşməsidir. Hal-hazırda 141 liftin Bakı üzrə quraşdırılması davam etdirilir. Növbəti mərhələdə həmin binanın lifti yenisi ilə əvəz olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top