“Sanballı, cəmiyyətin etibar etdiyi ekspertlərdən ibarət bir komissiya yaradılmalıdır. Bu komissiya telekanallarda mənəvi dəyərlərə, ailə dəyərlərinə zidd olan, eyni zamanda cəmiyyətin mənəviyyatını pozan verilişlər barədə öz fikrini bildirməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, bu cür verilişlərin yayılmasının qarşısının alınması üçün bir mexanizm hazırlanmalıdır:
“Bu, heç də söz azadlığını pozmur, heç də demokratiyaya zidd deyil. Cəmiyyət özünü qorumalıdır. Bu gün gəncləri pozan, ailə dəyərlərinə zidd fikirlərin təbliğ edildiyi verilişlərin, söhbətlərin, məlumatların qarşısı alınmalıdır. Bu məsələdə müzakirəyə ehtiyac var”.
Cavidan Mirzəzadə
Demokrat.az