“Biz keçmiş qaçqın və köçkünlərimizi Qarabağa həm də ruhən və mənən bağlamalıyıq. 30 il ərzində onlar yaxınlarını dədə-baba yurdundan kənarda dəfn ediblər. Təklif edirəm ki, Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın”.
Demokrat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, insan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur:
“Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhfə vermiş olacaq”.
Deputat, həmçinin,minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işlərinin aparılmasının və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsini təklif edib:
“İnanıram ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta, təklif edirəm ki, dövlət infrastrukturu yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin.
Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”. (Bizim.Media)