
Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 11-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
“Qafqazinfo”nun məlumatına görə, imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Magistratura üzrə ən yüksək bal toplayanlar Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır.
Fotoda: Aydan Süleymanova
Fotoda: Nicat Əliyev
Fotoda:Dilşad Musayeva