"Anar Kərimov Ağdamda aparılan qanunsuz işlərə də öz münasibətini bildirsin"

GÜNDƏM 17 iyun 2022, 19:45
Milli Məclisin üzvü Kamal Cəfərov maraqlı bir paylaşım edib. Üzünü sabirabadlılara tutan MM üzvü belə qeyd edir:

“Bu gün dəvətimlə mədəniyyət naziri Anar Kərimovla birgə 120 yaşlı "Köhnə Hamam"ın cari vəziyyəti ilə tanış olduq. Bir əsrdən çox yaşı olan "Köhnə Hamam" Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyət daşıyan tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib... Bizə bildirildi ki, tarixi abidənin bərpası məsələsi 2023-cü ilin investisiya planına daxil edilib....”

Həqiqətən çox gözəl addımdır. Amma hörmətli Kamal Cəfərovdan  xahiş edirəm, Anar müəllimi birdə görsə, ona Ağdam rayonunun işğal altında olmayan ərazisində ki, tunc dövrünə aid və dövlət qeydiyatında olan Sultanbud kurqanında aparılan qanunsuz işlərə də öz münasibətini bildirməklə, digər abidələrimizə edilən təcavüzün qarşısının alınması və mövcud olanların bərpa və konservasiya işlərini diqqətdə saxlamasıyla bağlı ictimaiyyətin ümumi fikrini çatdırmağı unutmasın. Belə getsə, gələcək nəslə təqdim edəcəyimiz çox az sayda maddi-mədəni irs nümunəsi qalacaq.



Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top