İsti havaya görə iki min sığır tələf oldu — VİDEO

DÜNYA 17 iyn 2022, 20:45
ABŞ-ın Kanzas ştatında azı iki min sığır isti hava səbəbindən tələf olub.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Kanzas ştatında havanın temperaturunun 14 dərəcə artması bölgəyə mənfi təsir göstərib. Belə ki, ştatda olan sığırlardan ən azı 2 mini tələf olub.

Sığırların tələf olmasının səbəbi temperaturun yüksək olması ilə yanaşı havanın nəmli olması olub.

Rəsmilər fermerlərə heyvanları sərinlikdə saxlamağı tövsiyə ediblər.

Qeyd edək ki, Kanzas ştatı sığır ətinin istehsalı və ixracına görə üçüncü yerdədir.
 


Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top