Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda nümayiş olundu

İDMAN 15 iyn 2022, 19:06
Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda nümayiş olunub.

Azərbaycan millisinin qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində göstərilib.

Saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib.

Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top