Katerina Yuşşenko: “Qlobal Bakı Forumu gənclərin baxışı ilə tanış olmağa imkan verəcək”

XARİCİ SİYASƏT 15 iyn 2022, 17:53
“Qlobal Bakı Forumu gənclərin müasir qlobal çağırışlarla bağlı fikirlərini eşitməyə imkan verəcək”.

Demokrat.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forumun panellərindən biri gənclərə həsr olunacaq. Burada Azərbaycan, ABŞ, Xorvatiya, Bosniya və Herseqovina, Latviya, Ukrayna, Banqladeş, Bolqarıstan və digər ölkələrdən gənclər iştirak edəcəklər.

“Belə tədbirlərin keçirilməsində məqsəd yeni nəslin nə düşündüyünü öyrənmək, gənc liderlərin baxışı, onların iqtisadiyyat, milli təhlükəsizlik, ətraf mühit, insan hüquqları ilə bağlı fikirləri ilə tanış olmaqdır”, - K.Yuşşenko bildirib.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top