Deputat: “Şuşa Bəyannaməsi yeni bir mərhələnin başlanğıcıdır”

GÜNDƏM 15 iyn 2022, 11:54
“İyunun 15-də Şuşa şəhərində imzalanan birgə Müttəfiqlik Bəyannaməsi Qars Müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşmadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinı deputatı Müşfiq Məmmədli deyib. Deputat qeyd edib ki, Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edib:

“Təbii ki, Şuşa Bəyannaməsi əlaqələrin ən yüksək səviyyəyə qaldırmaqla, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına xidmət edəcək. Vurğulamaq lazımdır ki, bu Bəyannamə regionun gələcək inkişafında da mühüm amil kimi çıxış edəcək”.

Millət vəkilinin fikrincə, Şuşa Bəyannaməsi iki qardaş ölkənin və xalqın sarsılmaz münasibətinin əyani nümunəsidir: 

“Şuşa Bəyannaməsi, sözün hər mənasında, yeni bir mərhələnin başlanğıcıdır. Bəyannamədə siyasi, iqtisadi-ticari, təhsil, diaspor, media sahəsində əməkdaşlıqla yanaşı, hərbi, milli təhlükəsizlik sferasında birgə əməkdaşlıq, o cümlədən bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri öz əksini tapıb. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Azərbaycan ilə Türkiyə sıx əməkdaşlıq edir. Bütün bu uğurlar cənab Prezidentimizin apardığı qətiyyətli və milli maraqlara söykənən siyasətinin nəticəsidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top