Timsahı it bilib sığallamaq istədi, ayağından oldu

DÜNYA 08 iyn 2022, 20:00
ABŞ-da dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Florida ştatında bir motelin həyətində yürüşə çıxan kişi faciə ilə üzləşib.

Yaxınlıqdakı kolluqdan səs gəldiyini görüb ora yaxınlaşan kişi səs çıxaranın it olduğunu düşünüb və onu sığallamağa çalışıb. 

Lakin hər şey də buradan başlayıb. Sən demə, oradakı it yox, timsah imiş. Timsaha ona yaxınlaşan kişiyə hücum edib və onun bir ayağaını qoparıb.

49 yaşlı kişi təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top