Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 07 iyn 2022, 16:50
Azərbaycanda son sutkada 2 340 nəfər vaksinasiya olunub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı 226 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 588-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 193 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 736 177, birinci doza peyvəndlərin ümumi sayı 5 349 659, ikinci doza vaksinlərin sayı 4 850 191 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 289 483, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 844 olub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top