Ordubadda QASIRĞA: xətlər sıradan çıxdı, evlərin damı uçdu — VİDEO

HADİSƏ 07 iyn 2022, 00:30
Bu gün Ordubadda qum fırtınasına bənzər qasırğa olub.

“Qafqazinfo” xəbər verir ki, təbiət hadisəsi günorta saatlarında qeydə alınıb.

Bildirilib ki, hərəsində 5 dəqiqə olmaqla iki dəfə əsən güclü külək elektrik və rabitə xətlərini sıradan çıxarıb, evlərin damlarını uçurub, bir neçə ağacı aşırıb.

Yerli sakinlər bildiriblər ki, Ordubadda belə bir təbii hadisənin ilk dəfə şahidi olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top