Çimərliklər meymunçiçəyi virusuna yoluxma riskini artırır? — VİDEO

SOSİAL 03 iyn 2022, 08:43
Hazırda dünyanın bir sıra ölkələrində aşkarlanan meymunçiçəyi virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir. Çünki bu xəstəliyin suçiçəyi infeksiyası ilə kliniki əlamətləri oxşar hesab olunur. Suçiçəyinin isə su hövzələrində yayılma risqi daha çoxdur.

Həkim İnfeksionist Natiq Əliyev deyir ki, meymunçiçəyi hava-damcı yolu ilə yayılan infeksiyadır. Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur.

Natiq Əliyevin sözlərinə görə, digər viruslardan fərqli olaraq Meymunçiçəyindən ölüm faizi olduqca aşağıdır. Buna baxmayaraq virusa yoluxan xəstələrdə karantin müddəti ağır keçəbilər. İnfeksionist xəstəlikdən qorunmaq üçün əsas gigiyenik qaydalara riayət etməyi, çimərliklərdə ara məsafəsini qorumağı tövsiyə edir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov isə sorğumuza cavab olaraq bildirdi ki,hazırda çimərlik mövsümünün yaxınlaşması  ilə əlaqdar dəniz suyunun laborator-instrumental tədqiqatı aparilir. Müayinlərin nəticəsinə uyğun olaraq icitmaiyyətə ətraflı məlumat veriləcək.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top