Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri keçirildi — VİDEO

XARİCİ SİYASƏT 02 iyn 2022, 11:19
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə mayın 28-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib. 

La Xoya-Riford Kitabxanasında keçirilən “4-cü San Dieqo - Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.

İlk 3 yeri tutan şahmatçılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, o cümlədən bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvernirlər və nəşrlər təqdim olunub.



Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb. 


 
Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top