“Samsung” smartfon istehsalını azaltmağı planlaşdırır

İKT 30 may 2022, 15:00
“Samsung” şirkəti smartfon istehsalını 30 milyon ədəd həcmində azaltmaq niyyətindədir.

“Report” “lenta.ru”ya istinadən xəbər verir ki, şirkət daha əvvəl 2022-ci ilin sonuna qədər 310 milyon cihaz tədarük etməyi planlaşdırırdısa, indi maksimum həddi 280 milyon cihaz səviyyəsində təyin etmək niyyətindədir. İnsayderlərin məlumatlarına görə, korporasiya həm flaqman, həm də ucuz telefonların sayını azaltmaq niyyətindədir.

Ekspertlər istehsalın azalmasına səbəb kimi yüksək inflyasiya və Ukraynadakı silahlı münaqişəni göstəriblər. “Counterpoint Research”ün analitiki Park Cin Sok qeyd edib ki, orta və aşağı səviyyəli cihaz satışı keçən illə müqayisədə az olacaq.

“Bu məsələ ilə bağlı şirkətin rəsmi mövqeyini bildirmək çətindir. Biz bazardakı vəziyyəti izləyirik”, - şirkətin rəsmi nümayəndəsi birinci rübün maliyyə nəticələrinə yekun vurarkən bildirib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top